USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lənkəranda iki avtomobil toqquşub, xəsarət alanlar var

19.06.2018 Hadisə
0 0
Lənkəranda yol qəzası olub.

"Kommersant" APA-nın cənub bürosuna istinadla bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Qəza zamanı “10-LX-307” və “42-BJ-999” dövlət nömrə nişanlı iki "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə iki nəfər xəsarət alıb.

Bunlar Masallı rayonunun Boradig qəsəbə sakini, 1986-cı il təvəllüdlü Cavid Rafiq oğlu Novruzov və Lənkəran sakini, 1996-cı il təvəllüdlü Elvira Adıgözəl qızı Əlizadədir.

Yaralılardan C. Novruzovun vəziyyəti yüngül olduğundan ona hadisə yerində yardım göstərilib. E. Əlizadə isə təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.