USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Taxıl sahələrində yanğın olub, 1 nəfər xəsarət alıb.

26.06.2018 Hadisə
0 0
Xaçmaz, Yardımlı və Qəbələdə taxıl sahələrində yanğın baş verib.

"Kommersant"ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonunun Qaraqurdlu kəndində 1 ha biçilməmiş və 8 ha biçilmiş taxıl sahəsi, Yardımlı rayonunun Sırıq kəndində 3 ha biçilməmiş və 1 ha biçilmiş taxıl sahəsi, Qəbələ rayonunun Bılıx kəndində isə 3 ha biçilməmiş taxıl sahəsi yanıb. Qəbələdəki yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Hər üç yanğın yanğın bölmələri tərəfindən söndürülüb.