Peru yığmasının futbolçusu 30 dəqiqə komada qalıb

26.06.2018 İdman
Peru yığmasının futbolçusu Cefferson Farfan məşq zamanı zədələndiyi vaxt 30 dəqiqə komada qalıb.

"Kommersant" "Report"a istinadən xəbər verir ki, bu barədə 34 yaşlı hücumçunun qardaşı TASS-a açıqlama verib. O bildirib ki, Farfan məşqdə komanda yoldaşı ilə toqquşaraq huşunu itirib və təcili yardımla xəstəxanaya aparılıb.

Təcrübəli futbolçunun hazırkı vəziyyəti isə sabitdir. O, DÇ-2018-in son qrup oyununda iştirak etməyəcək.

Qeyd edək ki, Peru yığması C qrupundakı ilk iki oyunda məğlub olub. Növbəti mərhələ şanslarını itirən komanda bu gün Bakı vaxtı ilə saat 18:00-da Avstraliya ilə qarşılaşacaq.