USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paytaxtın mərkəzində ağır qəza - ÖLƏN VAR

28.11.2018 Hadisə
0 1
Paytaxtın Neftçilər prospektində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Kommersant.az” bildirir ki, hadisə yerində olan müxbirlərin verdiyi məlumata görə, Abdullayev Natiq Əliağa oğluna məxsus “Hyundai” markalı, 99 NU 793 nömrəli avtomobil yolu keçmək istəyən üç piyadanı vurub.

Piyadaların biri elə hadisə yerindəcə dünyasını dəyişib. Digər iki nəfər isə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Piyadaların şəxsiyyətləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Oxu.az