Şəhərdən kəndə köçənlərə 26 min dollar - TOKİODA

28.11.2018 İqtisadiyyat
Bundan sonra şəhərdən kənd ərazisinə köçməyi qəbul edən hər şəxsə hökumət 26 min dollar ödəyəcək.

"Kommersant.az" xəbər verir ki, 38 milyon insanın yaşadığı Tokio şəhərində əhalinin artımının qarşısını almaq üçün yeni üsul tətbiq edilir.

Layihəyə görə, Tokionu tərk edib ölkənin hər hansı bir ucqarına köçməyi qəbul edən hər şəhər sakininə hökumət tərəfindən 26 min dollar pul veriləcək.