Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb

15.05.2018 Birja
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-dən "Kommersant.Az"a verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, AMB bu gün üçün USD/AZN rəsmi məzənnəsini 1,7000 səviyyəsində müəyyən edib.