BFB-nin Listinq Məsləhət Proqramına daha biri qoşuldu

23.05.2018 Birja
Bakı Fond Birjasının Kapital bazarından maliyyələşməni təşviq edən məlumat və məsləhət xidmətləri proqramı – “Listinq Məsləhət Proqramı” (LMP) üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə yeni tərəfdaş olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Yüksək Texnologiyalar Parkı” qoşulmuşdur.

Bununla əlaqədar olaraq, 23 May 2018-ci il tarixində “Listinq Məsləhət Proqramı” -na qoşulma haqqında saziş imzalanmış və bu münasibətlə BFB-də “Açılış zəngi” mərasimi keçirilmişdir.

Sazişə əsasən BFB YTP-nin rezidenti olan şirkətlərinin Fond Birjası vasitəsilə maliyyə vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsi, təlim proqramlarının təşkil edilməsi, eləcədə YTP-nin BFB vasitəsilə maliyyələşmə həllərinin öz xidmət kataloquna daxil edilməsi nəzərdə tutulmuşdur.

  • Əvvəlki

    ADB son 7 ildə Azərbaycana 5 mlrd. dollar vəsait ayırıb

Digər xəbərlər

23.10.2020 Birja
Bitkoin bahalaşdı
0 0
23.10.2020 Birja
Valyuta məzənnələri
0 0
22.10.2020 Birja
Lirə bahalaşdı
0 0
22.10.2020 Birja
Avro manata qarşı ucuzlaşdı
0 0
22.10.2020 Birja
Neftimiz ucuzlaşıb
0 0