Devalvasiyalar “Bakı Fond Birjası”na xeyir verib

30.05.2018 Birja
Devalvasiyalardan sonra Mərkəzi Bankın emissiya etdiyi notlar Bakı Fond Birjasının gəlirlərinin kəskin artmasına səbəb olub.

“Bakı Fond Birjası” QSC 2017-ci ili 1 milyon 471 min manat xalis mənfəətlə başa vurub. Halbuki birja, 2016-cı ili 116 min 281 manat zərər ilə bağlamışdı.

"Kommersant.Az" QSC-nin hesabatına istinadən xəbər verir ki, 2016-ci ildə 708,5 min manat olmuş cəmi gəlirlər 2017-ci ildə 2 milyon 764 min manata yüksəlib. Əqdlər üzrə tarif gəlirləri 645 min manatda 2 milyon 712 min manata qalxıb. Gəlirlərin 2 milyon 80 min manatı Azərbaycan Respublikasının Mərkəzi Bankının buraxdığı notlar, 326,7 min manatını isə Maliyyə Nazirliyinin buraxdığı xəzinə istiqrazları üzrə əldə edilib.

Birja əməliyyat xərclərini də azaldıb. 2016-cı ildə 1 milyon 219 min manat təşkil etmiş xərclər 2017-də 1 milyon 7 min manata düşüb.

Qeyd edək ki, 2017-ci ildə Vüqar Namazov “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sərdi vəzifəsinə təyin olunmuşdur.

Həmçinin ötən il dövlət qiymətli kağılarının (Mərkəzi Bankı notları və Maliyyə Nazirliyinin istiqrazları) emissiyasının artması ilə Bakı Fond Birjasının da dövriyyəsi kəskin artıb.

  • Əvvəlki

    Vergilər naziri Şamaxıda vətəndaşları qəbul edib

Digər xəbərlər

23.10.2020 Birja
Bitkoin bahalaşdı
0 0
23.10.2020 Birja
Valyuta məzənnələri
0 0
22.10.2020 Birja
Lirə bahalaşdı
0 0