Qarabağ Azərbaycandır!

Rubl bahalaşmağa başladı - SON QİYMƏT

13.09.2018 Birja
Rusiya Mərkəzi Bankının banklar üçün keçirdiyi hərracın nəticələri açıqlanıb

“Kommersant.az” xəbər verir ki, Rusiya Mərkəzi Bankının nəticələrinə görə, bu saatlarda 1 dolların dəyəri 0,40 rubl bahalaşaraq 69,57 rublda sabit qalıb.

Məlumatda bildirilir ki, Rusiyada 1 avronun dəyəri də 0,75 rubl bahalaşaraq 80,65 rubl olub.

Rusiyada valyuta birjalarındakı nəticəyə görə isə 1 dollar 68,61 rubl, 1 avro isə 79,71 rubl təşkil edir.

Nağd alış-satışda isə 1 dollar 69,41 rubl, 1 avro isə 80,60 rubldur.