USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“BakıKart”ın balansını onlayn artırmaq mümkün olacaq

12.01.2021 Bank
0 0
Bakı Nəqliyyat Agentliyi (BNA) “BakıKart” ödəniş kartlarının balansının nağdsız üsulla artırılması imkanlarının reallaşdırılması üzrə işləri davam etdirir.

Bunu BNA mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər 2020-ci ildə başlayıb, layihənin nə zaman başa çatacağı hələ məlum deyil.

M.Ağayev əlavə edib ki, Azərbaycanın Türkiyədən idxal edəcəyi yeni 320 avtobusda kartla ödəniş tətbiq olunacaq. Bundan başqa, nağd ödənişin tətbiq olunduğu bir sıra avtobus marşrutlarını da təmassız ödəniş sisteminə keçirmək planlaşdırılır.