USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyalı qadında koronavirusun 18 mutasiyası tapıldı

12.01.2021 Dünya
0 0
Rusiyada immuniteti az olan qadın altı ay COVID-19-dan əziyyət çəkib.

"Kommersant.az" verir ki, nəticədə onun bədənində koronavirusun 18 yeni mutasiyası meydana gəlib.

Bildirilir ki, 47 yaşlı bədxassəli lenfoma xəstəsi kimyaterapiya kursu keçərkən virusa yoluxub.

Ondan yazda və yayda götürülən analizlər çoxlu müxtəlif mutasiyaların olduğunu göstərib. Onların ikisi Danimarkada su samurlarında tapılan ştammla eyni olub. Qadında müəyyən edilən digər ştammın isə daha əvvəl immuniteti zəif olan, anticisim plazması ilə müalicə olunan başqa bir xəstədə aşkar edildiyi bildirilir.

Rusiyalı professor Konstantin Krutovski virusun daha yoluxucu “Britaniya variantı”nın da (VOC-202012/01) immuniteti zəif xəstədə çıxdığını ehtimal edib.