USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"WhatsApp"da bunu da etmək mümkün olacaq - Yeni funksiya

31.07.2019 İqtisadiyyat
0 0
"WhatsApp"ın tərtibatçıları messencerdə yeni funksiyaların istifadəyə verilməsini elan ediblər.

"Kommersant.az" "ICTnews"a istinadən xəbər verir ki, mütəxəssislər indi messencerin "iOS" platformasında işləyən növbəti versiyası üçün bir sıra yeniləmələri sınaqdan keçirirlər.

Məsələn, "WhatsApp" messencerində çatlarda mesajların alınması ilə bağlı problemin mövcud olması barədə bərkidilmiş xəbərdarlıq olacaq. Həmçinin istifadəçilər üçün qəbul edilmiş və ya göndərilmiş multimedia fayllarının sürətli redaktəsi funksiyası əlçatan olacaq.

Yeni funksiya vasitəsilə messencerdən çıxmadan şəkillərə dəyişikliklər etmək mümkün olacaq. Bu yenilik, həmçinin "Android" platformasının idarəetməsi altında işləyən qurğu sahiblərinə də əlçatan olacaq.

Bundan başqa, indi "WhatsApp" komandası "push" bildirişlərdə səsli mesajların ilkin dinlənilməsi imkanı üzərində işləyir.

ikt
  • Əvvəlki

    “Azərbaycan Dəmir Yolları” QSC-nin bu şöbəsi - LƏĞV EDİLDİ

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0