USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Amrah Bank" depozit portfelini artırıb - HESABAT

01.08.2019 Bank
0 0
"Amrah Bank" 2019 -cu ilin ikinci rübünə olan hesabatı açıqlayıb. Hesabata əsasən, bankın faiz gəlirləri 2 mln. 108 min AZN artıb.

"Kommersant.az" xəbər verir ki, bankın cəmi aktivləri 2018-ci ilin ikinci rübü ilə müqayisədə 5 mln. 764 min manat artaraq 201 mln. 980 min manata çatıb. Bundan başqa bankın cəmi öhdəliklərində də artım müşahidə olunub. Belə ki, bankın cəmi öhdəlikləri 2018-ci ilin analoji dövrü ilə müqayisədə 25 mln. 715 min manat artaraq 187 mln. 508 min manata bərabər olub. Bankın cəmi kapitalı 2019-cu ilin ilk yarısında 14 mln. 472 min manat olub.

KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB

"Amrah Bank"ın cəmi aktivlərinin artmasına əsas səbəb bankın müştərilərinə verdiyi kreditlərin artmasıdır. Belə ki, bank bu ilin 2-ci rübündə müştərilərinə 104 mln. 946 min manatlıq kredit verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 mln. 557 min manat çoxdur. Eynilə bankın cəmi öhdəliklərinin artmasının da əsas səbəbi müştərilərin banka yerləşdirdiyi depozitlərin artmasıdır. "Amrah Bank"da müştərilərin müddətli və tələbli depozitləri 2018-ci ilin 2-ci rübü ilə müqayisədə 16 mln. 562 min manat artaraq 166 mln. 268 min manata çatıb.