USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Google"un 8 min işçisi koronavirusa görə evdən işləyəcək

03.03.2020 İqtisadiyyat
0 0
Çində ortaya çıxan və 3 mindən çox insanın ölümünə səbəb olan koronavirus dünyanın ən böyük axtarış sistemlərindən olan "Google"u da vurub.

"Kommersant.az" xarici mətbuata istinadən xəbər verir ki, şirkətin işçilərindən birinin koronavirusa yoluxduğundan şübhə edildiyi üçün 8 min işçinin bir günlük evdən işləyəcəyi barədə qərar qəbul edilib.

İrish İndependentin yazığına görə, ötən gün işçilərdən biri qripə bənzər sindromla işə ofisə gəlib. Bundan sonra şirkətdə fövqəladə vəziyyət elan edilib. Sözügedən şəxsin koronavirusa tutul, tutulmadığı hələlik məlum deyil.