USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyanın ən böyük gizli alış-veriş portalı bağlandı

15.01.2021 İqtisadiyyat
0 0
Ötən gün Almaniya polisi dünyanın ən böyük gizli alış-veriş portalı olduğu güman edilən "DarkMarket"i bağlayaraq serverdən ayırıblar.

"Kommersant.az" xəbər verir ki, həm də narkotik vasitələrinin, qəlp pulların, oğurluq və saxta bank kartlarının, anonim telefon kartlarının, virus proqramlarının da satıldığı bu portalda kriptovalyuta ilə ödəniş edildiyi bütövlükdə 140 milyon avro məbləğində azı 320 min alış-veriş əməliyyatı keçirilib. Bütövlükdə həmin portalda 500 minədək istifadəçi və 2 400-dən artıq satıcı fəaliyyət göstərib.

Həmçinin istirahət günləri polis Danimarka sərhədi yaxınlığında qanunsuz alış-veriş portalının operatoru olduğu güman edilən 34 yaşlı Avstraliya vətəndaşını saxlayıb.

"DarkMarket"ə qarşı bir neçə ay davam edən əməliyyatda "Europol"un əlaqələndiriciliyi ilə Avstraliya, Böyük Britaniya, Danimarka, İsveçrə, Ukrayna, Moldova polisinin iştirak etdiyi bildirilir.(unikal.org)

  • Əvvəlki

    “Heydər Əliyev demişdi ki, bu bankı gərək burada tikməyəydilər” - Mərkəzi Bankın binası ilə bağlı AÇIQLAMA

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0