Qarabağ Azərbaycandır!

"Huawei" smartfon istehsalını 60% azaldacaq

18.02.2021 İKT
Çinin "Huawei Technologies" şirkəti bu il smartfon istehsalını 60%-dən çox – 70-80 milyonadək azaldacağını bildirib.

Bu barədə "Nikkei"yə tədarükçü mənbələr bildirib.

Çin texnoloji nəhəngi tədarükçülərə bu addımı ABŞ-ın tətbiq etdiyi sanksiyaların şirkətin işinə davamlı təsir etdiyi ilə əlaqələndirib. Belə ki, sanksiyalar səbəbindən ağıllı telefonların istehsalı üçün zəruri olan komponentlərin tədarükündə fasilələr yaranıb.

"Huawei"nin təsisçisi Ren Çjenfey sanksiyaları şərh edərək bildirib ki, o, bu məsələ ilə bağlı ABŞ prezidenti Co Baydenlə telefon görüşməsini "alqışlayardı".

Qeyd edək ki, "Huawei" qlobal smartfon bazarının üçüncü böyük iştirakçısıdır ("Samsung" və "Apple"dan sonra).