"Kommersant.az" xəbər verir ki, bu barədə Ukrayna İqtisadi İnkişaf Nazirliyinin saytı məlumat verib.
Məlumata görə, 2018-ci ilin ilk yarısında şirkətin xalis mənfəəti 2017-ci ilin eyni dövrü ilə müqayisədə 27,7 mlrd. qrivnadan 11 mlrd. qrivnaya qədər azalıb.
Qeyd olunur ki, bu göstəricidə azalmanın əhəmiyyətli hissəsi səhmlərinin 100%-i şirkətə məxsus olan "Ukrtransqaz" ASC-nin ziyanının artması ilə əlaqədardır.