USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şərab istehsal edən şirkət cərimələnib

19.07.2019 İqtisadiyyat
0 0
Maliyyə Bazarlarına Nəzarət Palatası “Mərəndi” MMC-ni cərimə edib.

"Kommersant.az" xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib.

İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Yasamal Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, "Mərəndi" MMC şərab istehsal edən müəssisədir.

Mənbə: Report.Az

  • Əvvəlki

    II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0