USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda "General Motors" avtomobilləri yığılacaq

03.09.2020 İqtisadiyyat
0 0
Özbəkistan şirkətinin iştirakı ilə Hacıqabulda avtomobil zavodu inşa olunur.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) Pravda.az-a verilən məlumata görə, bunu Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov ASK-ın prezidenti Məmməd Musayevlə görüşü zamanı deyib.

B. Aşrafxanov sözlərinə görə, zavodda "General Motors"" şirkəti ilə birlikdə avtomobillərin istehsalı planlaşdırır.

Səfir həmçinin Ələt iqtisadi zonasında Özbəkistan və Azərbaycan sahibkarlarının müəssisələrinin tekstil, ərzaq, dərman istehsalı sahəsində birgə müəssisələr yarada biləcəyini bildirib.

Azərbaycanda yetişdirilən fındıq, nar sortlarına Özbəkistanda böyük maraq olduğunu vurğulayan B. Aşrafxanov bununla bağlı regionlara səfər etdiyini qeyd edib. O, Bakını Özbəkistana gedən tranzit yüklər üçün mərkəz funksiyası daşımasını arzuladığını bildirərək bununla bağlı konkret işlər görüldüyünü söyləyib.

Xatırladaq ki, ötən ilin fevral ayında Hacıqabul Sənaye Məhəlləsində yeni avtomobil zavodunun əsası qoyulub. Zavodda "QAZ" markalı yüngül tonnajlı yük maşınları yığılır.

  • Əvvəlki

    İcra başçısına birinci müavin təyin olundu - FOTO

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0