Azərbaycanın toxuculuq məhsullarının satılacağı - TİCARƏT EVİ

27.06.2018 Sənaye
Rusiyanın Həştərxan şəhərində tikilən Azərbaycan Ticarət Evi bu ilin sonuna qədər açılacaq.

Rusiya mətbuatı xəbər verir ki, bunu Həştərxan vilayətinin qubernatoru Aleksandr Jılkin turizmlə bağlı regional şurada çıxış edərkən bildirib.

Onun sözlərinə görə, həmin Ticarət Evində Azərbaycanın toxuculuq məhsullarının satılması gözlənilir.

Öz növbəsində, Həştərxandakı Azərbaycan Biznes Mərkəzinin direktoru Regina Feyzullayeva bildirib ki, tikinti işləri tam gücü ilə davam edir, binanın tikiləcəyi torpaq sahəsi layihənin təşəbbüskarlarına məxsusdur.

Report