USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Qala Həyat”da yeni satış müdiri - TƏYİNAT

30.05.2018 Bank
0 0
Azərbaycanın həyat sığortası xidmətləri üzrə ixtisaslaşmış şirkəti olan “Qala Həyat” Sığorta Şirkəti ASC-də yeni təyinat olub.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən "Kommersant.Az"a verilən məlumata görə, səmhdarların müvafiq qərarı ilə Amil Cəlilov "Qala Həyat"ın Satış Departamentinin müdiri vəzifəsinə təyin edilib.

A.Cəlilov yeni vəzifəyə təyinat alana qədər "Qala Həyat" Sığorta Şirkəti ASC-nin Bakı şəhəri üzrə satış şöbəsinin müdiri vəzifəsini icra edib.

Qeyd edək ki, A.Cəlilov biznesin təşkili və idarəedilməsi ixtisası üzrə ali təhsil alıb. A.Cəlilov Azərbaycan sığorta bazarında satış üzrə peşəkar sığortaçı kimi tanınır və maliyyə sektotunda 10 ildən çox təcrübəyə malikdir. O, Azərbaycanda fəaliyyət göstərən bir çox tanınmış şirkətlərdə peşəkar satış mütəxəssisindən başlayaraq, baş mütəxəssis, koordinator və şöbə müdiri vəzifəsinədək yüksəlib.

Xatırladaq ki, Azərbaycan sığorta bazarının lokomotivlərindən sayılan "Qala Həyat" Sığorta Şirkəti 2011-ci ildən fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan "AzRe Təkrarsığorta" şirkətidir. Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 12,870 mln. manat təşkil edib.