USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İstanbulda tələbələr yataqxanaları boşaltmağa başlayıb

13.02.2023 Digər
11 0
Zəlzələdən zərərçəkənlərin Kredit və Pansiyonlar Təşkilatına (KYK) bağlı yataqxanalara yerləşdirilməsi qərarından sonra İstanbul Cevizlibağdakı Atatürk Tələbə Yataqxanasında qalan tələbələr evlərinə qayıtmağa başlayıb.

Ötən həftə təbii fəlakət bölgəsində yoxlamalar aparan prezident Rəcəb Tayyib Ərdoğan zəlzələ qurbanlarının Gənclər və İdman Nazirliyi KYK-a bağlı yataqxanalarda yerləşdiriləcəyini açıqlamışdı.

2022-2023-cü tədris ilinin yaz semestrinin distant təhsillə başa çatdırılması qərarından sonra KYK-ya bağlı Cevizlibağdakı Atatürk Tələbə Yataqxanasında qalan tələbələr yataqxananı tərk etməyə başlayıb. Əşyalarını toplayan tələbələr ailələri ilə birlikdə doğma şəhərlərinə qayıtmağa yola düşüblər.