USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Twitter"də 200 nəfər işdən çıxarıldı

27.02.2023 Digər
4 23
"Twitter" də digər texnologiya şirkətləri kimi ixtisar dalğasına qoşulub. Şirkət işçilərinin təxminən 10 faizini təşkil edən ən azı 200 nəfəri işdən çıxarıb.

"New York Times"da dərc olunan xəbərə görə, şənbə gecəsi işdən çıxarılanlara marketinq menecerləri, mühəndislər və saytın təhlükəsizliyi üzərində işləyən mühəndislər daxildir.

Maskın sözlərinə görə, bununla belə şirkətin 2300-ə yaxın aktiv işçisi var.

Qeyd edək ki, Mask, "Twitter"i 44 milyard dollara aldıqdan sonra xərcləri azaltmaq üçün noyabrın əvvəlində təxminən 3700 işçini işdən çıxarmışdı.