USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda silahlı insident: Güllələnənlər var - YENİLƏNDİ

10.03.2023 Digər
2 57
Paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib. Araşdırma aparılır. Əlavə məlumat veriləcək.

***

14:52

Bakıda atışma olub.

Hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.

Baş verən silahlı insident zamanı bir nəfər güllələnib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.