USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mingəçevir anbarına daxil olan suyun həcmi 50 faizə qədər azalıb

10.03.2023 Digər
5 30
Mingəçevir su anbarına daxil olan suyun həcmi son 4 ildə 50 faizə qədər azalıb.

Bunu bu gün ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, 2018-ci ildə anbara 823 milyon kub su daxil olurdusa, 2022-ci ildə bu rəqəm 455 milyona düşüb.

"Bunun səbəbi yağıntıların az olması və transsərhəd çaylarla ötürülən suyun həcminin aşağı düşməsidir. Əvvəlki illərlə müqayisədə anbara daha artıq su toplaya bilmişik ki, yay aylarında sərf edə bilək"", - nazir müavini əlavə edib.