USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda qəribə oğurluq - FOTO, VİDEO

14.03.2023 Digər
1 0
Bu dəfə zibil qutularından oğurluq edildi.

Kommersant.az xəbər verir ki, ötən gecə saat 03:30 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində oğurluq hadisəsi müşahidə olunub. Belə ki, furqon tipli maşında olan oğrular şəhərin əksər bölgələrində yerləşdirilmiş tullantı geyimlərin geri dönüşümü üçün nəzərdə tutulmuş qutuları "boşaldıblar".

Qeyd edək ki, oğrular ərazidəki bütün qutuları tək-tək gəziblər. Oğurluq zamanı qutulara da zərər verən şəxslərin kimliyi bilinmir. Zənnimizcə, sözügedən tullantılar ikinci əl paltarların satıldığı mağazalarda satışa çıxarılmaq üçün oğurlanır. Son günlər ölkəmizdə oğurluq və cinayət əməllərinin sayının artması da diqqət çəkən başqa bir məqamdır.

Hadisə ilə bağlı videogörüntünü təqdim edirik:

Qeyd edək ki, geri dönüşüm qutuları "Green Recycl" şirkətinə məxsusdur və 2021-ci ildə əsası qoyulan "Təmiz şəhər" ASC- nin layihəsdir.