USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırıldı - SON DƏQİQƏ

27.03.2023 Digər
5 0
Nazirlər Kabineti “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” qərar verib.

Kommersant.az-ın xəbərinə görə, müəyyən edilib ki, 2023-cü il 28 mart saat 06:00-dan hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.

Aşağıdakı hallarda COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv edilir:

-xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişi zamanı;

- müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün.

  • Əvvəlki

    Tikinti şirkətləri niyə şəhərin mərkəzinə maraq göstərirlər? - EKSPERT AÇIQLADI

Digər xəbərlər

22.04.2024 Digər
Sabah 28 dərəcə isti olacaq
0 0
18.04.2024 Digər
F-16 süni intellektlə uçdu
0 0
18.04.2024 Digər
Dubayda daşqınlar
0 0