USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tikinti şirkətləri niyə şəhərin mərkəzinə maraq göstərirlər? - EKSPERT AÇIQLADI

27.03.2023 İnşaat və Əmlak
21 7
"Araşdırmalar göstərir ki, şəhər kənarındakı ərazilər şəhər mərkəzindəki ərazilərdən daha likvitdir, yəni o ərazilərdə tikilən mənzillər daha tez satılır və tikinti şirkətlərinin inşa əmlakı daha tez satmaq və qısamüddətli dövrdə mənfəət götürüb, başqa layihələrə sərf etmək imkanları yarana bilər”.

Kommersant.az-a bu sözləri əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı tikiniti şirkətlərinin daha çox şəhər mərkəzinə maraq göstərməsinin səbəblərindən danışarkən qeyd edib. Ekspert bildirib ki, bizdə tikinti şirkətləri daha çox şəhərin mərkəzinə maraq göstərirlər. Bu da mənfəət marjasının yüksək olması səbəbi ilə atılan addımlardır:

“Mərkəzdən kənarda inşa edilən binalarda əgər mənfəət marjası 25-30 faizdirsə, şəhər mərkəzinə yaxınlaşdıqca bu 35, 40, 50 və daha yuxarı rəqəmə qədər dəyişə bilir. Tikinti şirkətləri uzunmüddətli dövrdə də olsa, daha çox gəlir götürüb, daha çox mənfəət əldə etmək məqsədi ilə şəhər mərkəzinə üstünlük verirlər. Burada tikinti şirkətlərinin kifayət qədər kənar maliyyə resurlslarına malik olması da əsas amillərdən biridir. Bizdə Mənzil Tikinti Korperativlərin əksər hissəsi, xüsusilə mərkəz və mərkəzə yaxın ərazilərdə tikinti aparan şirkətlərin əksəriyyəti kifayət qədər kənar maliyyə resurslarına malikdir. Onlar dövriyyə vəsaitlərindən asılı deyillər. Mənzilin satılıb və ya satılmaması onlarda narahatlıq yaratmır. Nəzərə alaq ki, mərkəz və eyni zamanda kənar ərazilərdə qiymətlər sürətlə dəyişir. Onlar düşünür ki, eybi yox, gec satılsa da, qiymətlər bahalaşır və daha çox mənfəət əldə edilə bilər”.

Bu istiqamətdə görülə biləcək stimullaşdırıcı planlardan danışan Ramil Osmanlı qeyd edib ki, xüsusilə 2019-cu ildən bu yana dövlətin prioritet məsələlərindən biri daha çox mərkəz və mərkəzə yaxın olan ərazilərdən bir və ya iki mərtəbədən ibarət olan fərdi yaşayış massivlərini köçüərərək abadlaşdırmaq, həmin ərazilərdə yeni və müasir tipli binaların tikilməsi, yaşıllıq zonalarının, parkların salınması, infrastrukturun yenilənməsindən ibarətdir:

“Belə ərazilərdən Bakı şəhərində həddən artıq çoxdur. Məsələn, "Kubinka", "Sovetski"nin bir hissəsi, "Montin", "Alatava" və s. Həmin ərazilrədə köçürülmə işlərinin aparılması təbii ki, şəhərsalma baxımından olduqca vacibdir. Bakıda şəhərin mərkəzində istər nəqliyyat, istər kommunal infrastruktur faktiki olaraq çox əlverirşiz vəziyyətdədir. Bu prosesdə qeyd etdiyim məsələri həll etməklə, qeyd etdiyim istiqamətdə köçürmələri həyata keçirməklə əlverişli şəarit yaradılması nəzərdə tutulur. Mən hesab edirəm ki, tikinti şirkətlərin qarşısında bu şəkildə tələb qoyulması da əslində doğru yanaşma ola bilməz. Amma müəyyən stimullaşdırma ola bilər”.

  • Əvvəlki

    Türkiyədə dolların məzənnəsi yüksəldi

Digər xəbərlər

28.03.2024 İnşaat və Əmlak
Bakıda bu evlər bahalaşıb
0 0