USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Ukrayna ilə bağlı ABŞ-a mühüm siqnal göndərib

27.03.2023 Siyasət
7 0
“Global Times” yazır ki, Rusiya prezidenti Vladimir Putinin Belarusda nüvə silahı yerləşdirmək qərarı Ukraynayla bağlı ABŞ-a siqnal olub.

“Moskva bu addımı ilə Vaşinqton və Qərbin Ukrayna münaqişəsinə qarışmaqda və ya kütləvi qırğın silahları verməkdə davam edəcəyi təqdirdə Rusiyanın əks tədbirlər görməyə davam edəcəyini göstərməyə ümid edir”, - deyə xarici mətbuatda yazılıb.

Eyni zamanda, müəlliflərin fikrincə, Vaşinqtonun Belarusda nüvə silahının yerləşdirilməsi ilə bağlı mövqeyi nümayiş etdirir ki, o, Moskvanı qıcıqlandırmaq istəmir, ona görə də vəziyyət hələ də nəzarətdən çıxmayıb:

“Pentaqon Moskvanın bəyanatına çox ehtiyatla reaksiya verdi və onun yüksək rütbəli rəsmisi bildirib ki, ABŞ Rusiyanın atom silahından istifadə etməyə hazırlaşdığını göstərən heç bir əlamət görmür”.

Eyni zamanda məqalədə qeyd edilir ki, ABŞ münaqişəyə müdaxiləsi ilə Rusiyanı yoraraq öz məqsədlərinə çatmağa ümid edir.

Ötən həftənin sonunda Putin Moskva və Minskin nüvə silahlarının yerləşdirilməsi ilə bağlı razılığa gəldiyini açıqlamışdı. Onun sözlərinə görə, Rusiya artıq Belarus təyyarələrinin yenidən təchiz edilməsinə yardım edib və aprelin əvvəlində ekipajların təliminə başlayacaq, iyulun 1-dək isə müttəfiq ölkənin ərazisində taktiki nüvə silahları üçün xüsusi anbarın tikintisini başa çatdıracaq. Eyni zamanda, Putin vurğulayıb ki, Rusiya beynəlxalq öhdəliklərini pozmadan, ABŞ-ın onilliklər ərzində taktiki nüvə silahlarını Avropada yerləşdirməklə etdiyi eyni şeyi edəcək.