USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Ürək əməliyyatlarının 30 faizi təxirə salınır” - Türkiyədə

12.04.2023 Digər
11 0
Türkiyənin qan ehtiyatları kritik səviyyənin yarısına düşüb. Qızıl Aypara günlərdir qan vermək üçün çağırışlar etsə də, problemin ciddi olduğu bildirilir. Qan ehtiyatlarının azalması səbəbiylə ən çox qan ehtiyacı olan ürək əməliyyatlarının yüzdə 30-u təxirə salınmalı olub.

Kommersant.az xəbər verir ki, Qızıl Aypara qan ehtiyatlarının kritik həddən aşağı düşdüyünü bildirərək vətəndaşları ianə etməyə çağırıb. Qan olmamasının bəzi ürək əməliyyatlarına mane olduğunu dilə gətirən Türk Ürək Damar Cərrahiyyəsi Dərnəyinin sədri Prof. Dr. Kürşat Bozkurt əməliyyatların təxirə salındığını bildirib:

"Əməliyyatların sırası təcililiyə görə müəyyən edilir".

Bir çox mərkəzdə ən çox qan tələb edən ürək əməliyyatları təxirə salınmalı olsa da, Bozkurt əməliyyatların təcili olaraq davam etdirildiyini də qeyd edib. Bozkurt, "Açıq ürək əməliyyatında minimum 4 qan istifadə edilir. Əvvəlcədən hazırlaya bilməsək, əməliyyatı edə bilmərik" dedi. dedi.