USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabah ilin ilk Ay tutulması olacaq

04.05.2023 Digər
8 10
Mayın 5-də 2023-cü ilin ilk Ay tutulması hadisəsi baş verəcək. Bu tutulma hadisəsi yarımkölgəli Ay tutulması olacaq.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, tutulma saat 19:14-də başlayacaq, saat 23:31-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 21:24-də qeydə alınacaq.

Tutulma hadisəsini Cənub Şərqi Avropa, Asiyanın böyük hissəsi, Avstraliya, Afrika, Sakit okean, Atlantik, Hind okeanı, Antarktidada görmək mümkün olacaq.

Qeyd edək ki, tutulma başlayanda Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda saat 19:38-dən etibarən müşahidə olunacaq.