USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ulu öndər Məhəmməd Əmin Rəsulzadənin heykəli belə olacaq - FOTO

26.05.2023 Digər
27 4
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümünə həsr olunmuş “Dünyaya Cühmuriyyətlə açılan Azərbaycan” adlı təqdimat mərasimi keçirilib.

Kommersant.az xəbər verir ki, tədbirdə Xalq rəssamı, heykəltaraş Ömər Eldarovun “Məhəmməd Əmin Rəsulzadənin heykəli” layihəsi təqdim olunub.

Mərasimdə “Bir heykəlin tarixçəsi” adı altında Ömər Eldarov tərəfindən AXC-nin qurucusu ulu öndər Məhəmməd Əmin Rəsulzadənin hələ 1993-cü ildə hazırlanmış, şəhərin mərkəzində yeri təyin edilsə də, müəyyən səbəblərdən qoyulmamış heykəlinin ilkin layihəsi barədə danışılıb./Qafqazinfo