USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ərdoğan hakimiyyəti Azərbaycan vətəndaşlarının hüquqlarını qorumur - ŞİKAYƏT

26.05.2023 Siyasət
19 69
Ərdoğan hakimiyyəti Türkiyədəki Azərbaycan vətəndaşlarının hüquqlarını qorumur və vətəndaşlarımızın məhkəmə sistemindən tələb etdiyi hüquqi prosedur icra olunmur.

Kommersant.az xəbər verir ki, Türkiyədəki Azərbaycanlıların məhkəmələrdəki şikayətlərinə baxılmır və hətta Türkiyə məhkəmələrinə müraciət edən Azərbaycan vətəndaşlarının işləri Ankara Baş Prokurorluğunun əməkdaşları tərəfindən xüsusi olaraq uzadılır. Belə ki, saytımıza şikayətçi olan Azərbaycan vətəndaşı Arif Həmzəyev (ad şərtidir) Ankarada Cümhuriyyət Prokuroru Kenan Çetin tərəfindən onun şikayət ərizəsinə baxılmır və məhkəmə proseduru illərdir açılmır. A.Həmzəyevin sözlərinə görə, Türkiyənin MHP partiyasının əməkdaşları tərəfindən 150 min Türk lirəsi aldadılaraq əlindən alınıb. Daha sonra bütün sənədlər Ankara Baş Prokurorluğuna verilib və Kenan Çetin prokuror olaraq təyin edilib. Amma bunlara baxmayaraq, sözügedən prokuror qarşı tərəfin ərizəsini 1 ilə yaxın müddətdən sonra alır və yenə də məhkəməyə müraciət etmir. Çünki, hal şahidlərinin də ərizəsinə ehtiyac olduğunu bildirən K.Çetin 2 nəfərdən ibarət şahidin ərizəsinin alınması üçün daha 1 il gözlənilməsi lazım olduğunu bildirir.

Şikayətçinin sözlərinə görə, qarşı tərəf MHP-nin üzvləri olduğuna görə məsələyə baxılmır və bu birbaşa Türkiyə hakimiyyətinin sifarişi əsasında həyata keçirilir.