USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı-Sumqayıt qatarlarında biznes sinif vaqonlar - LƏĞV OLUNUR

12.06.2023 Digər
32 8
İyulun 1-dən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların (Bakı-Sumqayıt-Bakı) biznes vaqonlarından ekonom vaqon kimi istifadə olunacaq.

Kommersant.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, məqsəd ekonom vaqonlarında müşahidə olunan sərnişin sıxlığının aradan qaldırılmasıdır. Bu halda ödəniş ekonom vaqon üçün müəyyən olunmuş tarif üzrə həyata keçiriləcək.