USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu sürücülər cərimələnə bilər - Onların da bu mükəlləfiyəti var

17.07.2023 Digər
0 0
“Hər bir yükdaşıyan nəqliyyat vasitəsi müəyyən standartlar daxilində hərəkət edir və daşıdığı yükün dağılmaması, yola səpilməməsi üçün onu bağlamaq, örtmək kimi mükəlləfiyyəti var”.

Kommersant.az xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafa bostan bitkilərinin tullantılarının daşınması zamanı nəqliyyat vasitələrindən suyun axmasından danışarkən deyib.

Ekspert qeyd edib ki, buna əməl etməyən sürücüləri də İnzibati Xətalar Məcəlləsinə görə pozuntu hesab edildiyinə görə cəza gözləyir:
“Bu aspektdən baxsaq, hansı maşın olmağından asılı olmayaraq onlara qanun eyni dərəcə də şamil edilir. Düzdür, indi istisnalar mövcuddur. Doğrudur əsas da qarpız-yemiş mövsümündə zibil qutularının yanında bu sular axır. Həmin yerlər bərbad vəziyyətdə olur”.
Yasin Mustafa deyir ki, son dövrlər ölkəyə gətirilən zibil maşınları standartlara uyğundur:
“Əvvəlki köhnə model maşınların kuzovlarından su axırdı. Son dövrdə gətirilən avtomobillərin vəziyyəti normaldı”.