USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DGK vətəndaşlara xəbərdarlıq edib

30.11.2023 Digər
0 0
Dövlət Gömrük Komitəsi (DGK) rəqəmsallaşdırma istiqamətində aparılan tədbirlərlə yanaşı, həmçinin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə yüksək diqqət ayırır.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, son zamanlar baş verən kiberhücumlarla əlaqədar Dövlət Gömrük Komitəsi vətəndaşlarımıza kiberdələduzlar tərəfindən hazırlanan müxtəlif növ tələlərə qarşı sayıqlıq göstərmələrini, elektron hesabları, fərdi və kart məlumatları ilə bağlı diqqətli olmağı, onları üçüncü tərəflərlə paylaşmamağı tövsiyə edir.