USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyanın ən bahalı şəhərləri

30.11.2023 İqtisadiyyat
0 0
Economist Intelligence Unit (EIU) tərəfindən hazırlanan hesabata görə, bu il dünyanın ən bahalı şəhəri Sinqapur və Sürix, ikinci yerdə Cenevrə və Nyu York gəlir.

Economist Intelligence Unit (EIU) araşdırmasına görə, Sinqapur, Sürix, Cenevrə və Nyu-York dünyanın ən bahalı şəhərləridir.

Qlobal yaşayış böhranının hələ bitmədiyi barədə xəbərdarlıq edən hesabata görə, bu il dünyanın ən bahalı şəhəri kimi Sinqapur və Sürix, ikinci yerdə Cenevrə və Nyu York gəlir.

Hesabatda 200-dən çox tez-tez istifadə olunan mal və xidmətin qiymətlərinin yerli valyutada illik orta hesabla 7,4 faiz artdığı, bunun ötən ilin rekord artımı olan 8,1 faizlə müqayisədə azaldığı, lakin yenə də əvvəlki qiymətlərdən xeyli yüksək olduğu ifadə edilib.

Sinqapur müxtəlif kateqoriyalar üzrə yüksək qiymət səviyyəsinə görə son 11 ildə doqquzuncu dəfə reytinqə başçılıq edir. Bildirilib ki, Sürixdə artım İsveçrə Frankının gücünü və baqqal, məişət malları və əyləncələrin yüksək qiymətlərini əks etdirir.

Cenevrə və Nyu-York üçüncü, Honq-Konq beşinci, Los-Anceles isə altıncı yerdə qərarlaşıb. İlk 10-luğa daxil olan digər şəhərlər isə Paris, Kopenhagen, Tel-Əviv və San-Fransisko olub.

Qeyd olunub ki, Asiyada digər regionlarla müqayisədə orta hesabla nisbətən aşağı qiymət artımı davam edir. Ən bahalı şəhərlər siyahısında isə Dəməşq, Tapran, Tripoli və Kəraçi yer alıb.