USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabah hava necə olacaq?

07.07.2025 Digər
0 0
İyulun 08-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin 07-dən 08-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə +20 dərəcədən +24 dərəcəyədək, gündüz +27 dərəcədən +32 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-70 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturugecə +20 dərəcədən +24 dərəcəyədək, gündüz +30 dərəcədən +35 dərəcəyədək, dağlarda gecə +5 dərəcədən +10 dərəcəyədək, gündüz +18 dərəcədən +23 dərəcəyədək olacaq.

  • Əvvəlki

    Nağdsız alınan əmlaklara görə 14,8 milyon manat ƏDV geri ödənilib

Digər xəbərlər

03.07.2025 Digər
Sabahın hava - PROQNOZU
0 0
03.07.2025 Digər
Rusiyanın bu aeroportu bağlanıb
0 0
02.07.2025 Digər
Sabah hava necə olacaq? - PROQNOZ
0 0
25.06.2025 Digər
Bayram günlərinin - HAVASI
0 0
20.06.2025 Digər
Sabah hava necə olacaq?
0 0