USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda ən çox bazar payına malik sosial şəbəkələr - SİYAHI

03.11.2025 Digər
0 0
Bu ilin oktyabr ayında Azərbaycan istifadəçilərinin “İnstagram” sosial şəbəkəsində fəallığı əvvəlki ayla müqayisədə 15,46 faiz bəndi artaraq, 35,77 faiz təşkil edib.

Bu barədə Kommersant.az “Global Stats” Statistika Mərkəzinə istinadən xəbər verir.

Bu göstəriciyə görə, ikinci yerdə “Facebook” dayanır. Hesabat ayında bu platformanın payı aylıq ifadədə 4,37 faiz bəndi azalaraq, 28,33 faizə çatıb.

Siyahıda üçüncü yerdə 20,49 faizlə “YouTube” gəlir (əvvəlki ayla müqayisədə 7,16 faiz bəndi çox).

Bu göstəriciyə görə, dördüncü yerdə “Pinterest” sosial şəbəkəsi gəlir. Onun yerli bazarda payı ötən ayla müqayisədə 0,67 faiz bəndi artaraq, 7,76 faiz təşkil edib.

“X” media platforması 5,24 faizlə Azərbaycanın sosial şəbəkələr bazarında populyarlığına görə beşinci yerdə qərarlaşıb (ay ərzində 18,01 faiz bəndi az).

Reytinqdə altıncı yeri 1,44 faiz göstərici ilə “Linkedin” tutub (əvəlki ayla müqayisədə 0,84 faiz az).

Digər sosial şəbəkələrin payı 1,33 faiz təşkil edib.