Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensivdir. Dağlıq ərazilərdə - Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala (Əlibəy), Şahdağda qar yağır.
Kommersant.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin dekabrın 10-u saat 9:00-a olan məlumatına əsasən, qarın hündürlüyü Zaqatalada (Əlibəy) 3, Şahdağda 1 sm-dir.