USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Parlament seçkilərinin keçirilmə tarixi açıqlandı

04.07.2019 Siyasət
0 0
“Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı şayiələrin səbəbini bilmirəm. Ola bilsin ki, jurnalistlər bu informasiya ilə oxucularının sayını artırmaq istəyirlər. Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hər hansı səbəb yoxdur”.

"Kommersant.az" xəbər verir ki, bunu Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov xatırladıb ki, bu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək: “Konstitusiyada göstərilib ki, parlament seçkiləri 5 ildən bir – noyabr ayında keçirilməlidir. Qanunvericiliyə əsasən, növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək”.