USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət zəmanətli kreditlərin həcmi artdı

04.07.2019 Bank
0 0
Bugünədək Azərbaycanda dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 31 mln. 99 min manat təşkil edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun məlumatında deyilir.

Məlumata görə, ötən ayla müqayisədə bu rəqəm 1 mln. 975 min manat və ya 6,4 faiz çox olub. Qeyd edək ki, zəmanət verilmiş kreditlər əsasən qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə ayrılıb.