USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi

03.08.2019 Siyasət
0 0
Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib.

Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla "Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanda edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, baytarlıq fəaliyyətinin təşkili sahəsində karantin və məhdudiyyət tədbirləri ilə əlaqədar xəstəliklə yoluxma zonasında təcrid rejiminin saxlanılması məqsədilə Daxili İşlər Nazirliyinin iştirakı, Nazirlər Kabinetinin qərarı ilə birgə karantin polis və baytarlıq nəzarəti postları qoyula bilər.