Standard & Poors Türkiyənin kredit reytinqini təsdiq edib

03.08.2019 İqtisadiyyat
Beynəlxalq kredit reytinqi agentliyi Standard Poors (SP) Türkiyənin kredit reytinqini və proqnozunu təsdiq edib.

Agentlik, Türkiyənin xarici valyutada kredit reytinqini "B+" olaraq təsdiq edib, proqnozunu dəyişməyərək "sabit"də saxlayıb. İqtisadçılar da SP-dən dəyişiklik gözləmirdilər.

SP, Türkiyə iqtisadiyyatının 2020-ci ildə 3 faiz ətrafında artacağını gözləyir.

SP, Fevral ayında da, Türkiyənin kredit reytinqini "B+", proqnozunu "sabit" olaraq təsdiq etmişdi.