USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran ABŞ-ın əməkdaşlıq təklifini rədd edib

09.01.2020 Siyasət
1 0
İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançi ABŞ tərəfindən sanksiya tətbiq olunduğu üçün bu ölkənin əməkdaşlıq təklifini qəbul edə bilməyəcəklərini açıqlayıb.

"Kommersant.az" İRNA-ya istinadən xəbər verir ki, bu təklifi “ağlasığmaz” kimi dəyərləndirən iranlı diplomat ABŞ-ın düşmən mövqedə qalmasını israr edincə danışıqların mənasız olduğunu deyib.

O, həmçinin ABŞ-ın tətbiq etdiyi “misli görünməmiş” sanksiyaların beynəlxalq hüquqa zidd olduğunu da vurğulayıb.