USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyada azərbaycanlı biznesmen külli miqdarda cərimələndi

09.01.2020 Bank
0 0
Rusiyanın Sankt-peterburq şəhərində qanunsuz spirtli içki alveri ilə məşğul olan azərbaycanlı biznesmen cərimə edilib.

"Kommersant.az" xəbər verir ki, Nevnov.ru-nun Sankt-Peterburq Prokurorluğuna istinadən yaydığı xəbərə görə, Bayram X. adlı iş adamı qanunsuz spirtli içki alveri ilə məşğul olub.

Hüquq mühafizə orqanları əməkdaşları apardıqları yoxlama nəticəsində "Üç müşketyorun ərzaqları" dükanından lisenziyasız spirtli içki aşkar ediblər.

Bayram X.-nın 180 min rubl (4,986 AZN) dəyərində 188 ədəd lisenziyasız alkoqol məhsulun satış üçün hazırlandığı məlum olub.

Məhkəmə qərarına əsasən azərbaycanlıya 120 min rubl (3,324 AZN) cərimə təyin edilib.