Jurnalist Peyman Sadıqovun namizədliyi qeydə alındı

13.01.2020
Siyasət
0
0
Tanınmış jurnalist, "Xalqxeber.Az” İnformasiya Agentliyinin Baş Redaktoru Peyman Sadıqov 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınıb.
"Kommersant.az" xəbər verir ki, bu haqda jurnalist Peyman Sadıqov məlumat verib.
Onun sözlərinə görə, Şirvan şəhər əhalisinin bir qismi jurnalistin namizədliyinin irəli sürülməsi barədə təşəbbüsü ondan xahiş ediblər. Peyman Sadıqov açıqlamasında deyib ki, Şirvanlıların onu deputat görmək istəyib-istəməməsi onun üçün həddindən artıq vacib idi. Çünki daim Şirvanda sosial problemlərlə maraqlanmışam və çatışmamazlıqların aradan qaldırılması istiqamətində əlimdən gələni əsirgəməmişəm. Şirvanda şəhid ailələrinin, Qarabağ əlillərinin xüsusəndə məcburi köçkünlərin bütün çətinliklərində yanında olmaqla yanaşı onların sosial problemlərinin həll olunmasına köməklik göstərmişəm.
Uzun müddət ölkənin tanınmış qəzet və jurnallarında hətta informasiya agentliklərində müxtəlif vəzifələrdə çalışmış Peyman Sadıqov həm bir jurnalist, yazar və ölkə başçısının "Gənclər seçkilərə fəal qoşulsunlar, yeni simalar, yeni ideyalar lazımdır" sözlərindən ilham alaraq, namizədliyini irəli sürmüş gənc kimi dairənin sosial problemlərindən xəbərdar olduğunu deyir: "İndiyə qədər xalqıma, dövlətimə xidmət eləmişəm. Çalışmışam ki, hamının işinə yarayım. Deputat seçilsəm xalqa, seçicilərimə xidmət göstərmək üçün daha çox səlahiyyətim olacaq”.
Digər xəbərlər

21.05.2025
Siyasət
Qazaxıstan tezliklə Türk Dövlətləri Təşkilatında daimi nümayəndəliyini açmağı planlaşdırır
0
0

21.05.2025
Siyasət
Prezident İlham Əliyev: Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk
0
0

21.05.2025
Siyasət
Qlobal Şəhərlər İndeksi: İstanbul insan kapitalına görə dünyada 15-ci yerdədir
0
0

21.05.2025
Siyasət
İlham Əliyev: Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir
0
0