USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək

20.05.2020 Siyasət
0 0
Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatır və bu səbəbdən parlamentin növbədənkənar sessiyasının keçirilməsi nəzərdə tutulub.

"Kommersant.az"-ın məlumatına görə, növbədənkənar sessiya çərçivəsində iyunun 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının keçirilməsi planlaşdırılır.

Komitə iclasında "2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və "2019-cu il dövlət büdcəsinin icrası barədə" hesabat müzakirə olunacaq.

Sessiya çərçivəsində həmçinin plenar iclaslar da keçiriləcək.

İclasların vaxtı barədə isə əlavə məlumat veriləcək.