USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeni icra başçısı sektor müdirini işdən çıxardı

24.06.2020 Siyasət
0 1
İmişli Rayon İcra Hakimiyyətinin (RİH) sektor müdiri işdən çıxarılıb.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı İmişli RİH-in yeni başçısı Elçin Rzayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, RİH-in İnformasiya təminatı və təhlili sektorunun müdiri Ziya Paşayev vəzifəsindən azad olunub.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları mayın 5-də İmişli RİH-in binasında əməliyyat keçirib. Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevi İmişli RİH-in başçısı vəzifəsindən azad edib. Daha sonra V.Hacıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Dövlət başçısının mayın 21-də imzaladığı sərəncamla Elçin Adil oğlu Rzayev İmişli RİH-in başçısı təyin edilib. E.Rzayev daha əvvəl Yasamal RİH başçısının birinci müavini vəzifəsində işləyib./Report