USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Helikopterin gecə vaxtı sərhədə yaxın uçuşuna onlar əmr veriblər"

10.11.2020 Siyasət
0 0
"Rusiyanın vurulan helikoterinə görə üzr istədik. Ermənistanın helikopterlə bağlı manipulyasiyasını genişləndirməyə imkan vermədən səhvimizi etiraf etmək, Rusiyadan üzr istəmək və kompensasiya açıqlamasını vermək qərarı doğru idi. Məsələni uzatsaydıq Rusiyada ermənipərəst qüvvələr bundan istifadə edərək Kreml sahibinə Azərbaycanı cəzalandırmaqla bağlı təzyiqə başlayacaqdılar. Buna imkan vermədik. Sadəcə, Rusiya helikopterinin gecə vaxtı və müharibə zonasına çox da uzaq olmayan sahədə uçuş həyata keçirməsi ciddi suallar doğurur".

"Kommersant.az"-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

E.Şahinoğlu bildirib ki, ermənilər Rusiyanı Dağlıq Qarabağa müdaxiləsini təmin etmək üçün hər vasitəyə əl atırlar, istisna etmirəm ki, Rusiyanın Ermənistandakı hərbi bazasında pulla ələ alınan rus hərbçiləri var və helikopterin gecə vaxtı sərhəddə yaxın uçuşuna onlar əmr veriblər: "Əks halda Moskva Ermənistandakı hərbi bazasının komandanlığına ciddi tapşırmalı idi ki, hazırki həssas məqamda təyyarələri və helikopterləri gecə saatlarında Azərbaycan sərhədinə yaxınlaşmasınlar. Ermənilər Dağlıq Qarabağı itirdiklərini anlayırlar, ona görə də İrəvanda müxtəlif təxribat planları üzərində işləyirlər. Diqqətli olmalıyıq!".